Böyük Britaniyadakı İslama Yardım Xeyriyyə Fondu ölkədəki müsəlmanların Ramazan ayında ehtiyaclarının ödənmədiyini açıqlayıb. Bu barədə aprelin 7-də shia-news xəbər verib.

Xeyriyyə təşkilatının sorğuları göstərir ki, Britaniyada müsəlmanların təxminən yarısı müqəddəs ayda ərzaq ehtiyaclarını ödəyə bilmir. Bu isə son illərə nisbətdə yüksək rəqəmdir.