Ayətullah Şeyx Mirzə Həsən Qarabağda anadan olub.

O, dini təhsil almaq məqsədi ilə İraqın Nəcəf şəhərinə köçüb. Şeyx Mirzə Həsən ali dərəcədə üsul və fiqh təhsilini məşhur alim, müctəhid Şeyx Mürtəza Ənsaridən alıb və nəticədə ictihad məqamına çatıb. O, Şeyx Ənsarinin birinci şagirdlərindən olub.

Şeyx Mirzə Həsən bir çox elmi əsərlərin müəllifidir: “Şərhi-duayi-Səmat”, (1844), “Risalətul-cərat”, (1845), “Risalətul-təqiyyə”, “Risalətul-müqəddəmatil-vacib”, “Risalətun fi təcvid”, “ət-Tammətu fi ədillətis-sünən”, “Risalətut-təadül və təvacih” (1848) və s.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.