Məscid Masallı rayonunun Yeddioymaq kəndi ərazisində yerləşir. İbadət evi 1960-cı ildə yerli əhali tərəfindən tikilib.
Məscidin tutumu 85 nəfər təşkil edir. İbadətgah qırmızı kərpicdən inşa edilib. Məscidin minarəsinə “Allah” adı ilə ağ kərpicdən naşxışlar vurulub. İbadətgahın qarşısında üç tağvari taxta pəncərə və iki giriş qapısı var. İbadət evinin damı qırmızı şiferlə üzlənib.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri-ziyarətgahlar. Bakı-2021.