İmam Rza (ə.s) hərəmində sui-qəsd törədən şəxsin kimliyi müəyyənləşib. Onun Əfqanıstan vətəndaşı olduğu bildirilib. Bu barədə aprelin 6-da SalamNews xəbər verib.

Məlumata görə, dindirilmə nəticəsində cinayətkarın sələfi əqidəsinin radikal təkfirçisi olduğu müəyyən edilib. Faktla bağlı araşdırmalar davam edir.

Aprelin 5-də İmam Rza (ə.s) hərəmində 3 din tələbəsinə hücum olunub. Belə ki, naməlum şəxs onlara bıçaq zərbələri endirib. Nəticədə bir nəfər dünyasını dəyişib, iki nəfər isə yaralanıb.

Bundan öncə isə, aprelin 2-də İranın Qonbəd-Kavus bölgəsində iki əhlü-sünnə din xadiminə də hücum edilib. İranlı mütəxəssislər bunun öncədən hazırlanan hücumların olduğunu hesab edirlər.