Dünən, aprelin 5-də Məşhəddə baş verən hadisədə şəhid olan Höccətul-İslam Məhəmməd Aslanidir. O, Məşhəd şəhərinin tanınmış ruhanilərindən olub. Bu barədə hawzahnews xəbər verib.

Aprelin 5-də İmam Rza (ə.s) hərəmində 3 din tələbəsinə hücum olunub. Naməlum şəxs onlara bıçaq zərbələri endirib. Nəticədə bir nəfər dünyasını dəyişib, iki nəfər isə yaralanıb.