Aprelin 6-da Əfqanıstanın paytaxtı Kabildə daha bir məsciddə partlayış baş verib. İndiyə olan məlumata görə, hadisə nəticəsində 6 nəfər yaralanıb. Bu barədə ilna.news xəbər verib.

Polisdən verilən məlumata əsasən, partlayış namaz zamanı baş verib. Terror aktı əl qumbarası vasitəsi ilə törədilib.

Bundan öncə, fevralın 11-i Əfqanıstanın şimal-qərbində, Badgis vilayətinin Kalayi-Nau şəhərinin məscidində partlayış baş verib, 8 nəfər ölüb, 20 nəfər yaralanıb.