Aprelin 5-də Məşhəd şəhərində İmam Rzanın (ə.s) hərəmində din tələbələrinə sui-qəsd törədilib. Nəticədə bir nəfər dünyasını dəyişib, iki nəfər isə yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Bu barədə rahbordemoaser xəbər verib.

Məlumata görə, naməlum bir şəxs tələbələrə yaxınlaşaraq onlara biçaqla zərbələr endirib. Zəvvar və polislərin yardımı ilə həmin şəxs yaxalanıb və polis idarəsinə aparılıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.