Məşhəddə hücuma məruz qalan tələbələrin kimliyi müəyyən edilib. Bu barədə aprelin 5-də hawzahnews xəbər verib.

Onlar Höccətül-İslam Məhəmməd Aslani, Möhsün Pakdaman və Məhəmməd Sadiq Dərayidir.

Az öncə İmam Rzanın (ə.s) hərəmində 3 din tələbəsinə hücum olunub. Naməlum şəxs onlara bıçaq zərbələri endirib. Nəticədə bir nəfər dünyasını dəyişib, iki nəfər isə yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.