Kanadanın Arktika bölgəsinin müsəlmanlarının orucu necə tutduğu haqda Globalnews.ca məlumat yayıb.

Bildirilir ki, keçən il koronavirusa görə İqaluit məscidinin fəaliyyəti məhdudlaşdırılmışdı. Lakin bu il karantin tədbirləri yumşaldılıb və müsəlmanlar yenidən toplaşıb birgə ibadət edir.

“Məscid yalnız ibadət yeri deyil. Bu həm də digər müsəlmanlarla ünsiyyət qurmaq üçün bir yerdir və siz bunu etmədiyiniz zaman bu, insanlara pis təsir edir”, – deyə məscidin imamı deyib.

O əlavə edib ki, 4-5 il əvvəl, ramazan ayı iyun ayına düşəndə günəş axşam saat 22:00-da batıb bir neçə saatdan sonra yenidən çıxırdı. Yerli müsəlmanlar 20 saatdan çox yemək və içkidən çəkinirdilər. Bu il isə orucun vaxtı Avropa vaxtılə təxminən eyni vaxt təşkil edir.

İqaluit məscidi 2016-ci ildən fəaliyyət göstərir. Əvvəllər məscidə yalnız kişilər gəlirdi, lakin hazırda qadınlar və uşaqların da məscidə gəldiyi bildirilir.