Bu axşam məğrib azanında Ramazan ayı daxil olur. Mübarək ayın ilk gecəsinin xüsusi əməlləri və ibadətləri var.
Ramazanı qarşıladıqda qüsl almaq, İmam Hüseyni (ə.s) ziyarət etmək və iki rükət namaz qılmaq tövsiyə edilir. Namazın hər rükətində “Fatihə”dən sonra “Ənam” surəsi oxunur.
Həmçinin müstəhhəbdir ki, bu gecə insan ayın çıxmasını gözləyərək şəxsən izləsin. Ayı gördükdə isə qibləyə tərəf dayanıb bu duanı oxusun:
رَبّى وَرَبُّكَ اللَّهُ رَبُّ الْعالَمينَ اَللّهُمَّ اَهِلَّهُ عَلَيْنا بِالْأَمْنِ وَالْأِيمانِ، وَالسَّلامَةِ وَالْإِسْلامِ، وَالْمُسارَعَةِ اِلى ما تُحِبُّ وَتَرْضى، اَللّهُمَّ بارِكَ لَنا فى شَهْرِنا هذا، وَارْزُقْنا خَيْرَهُ وَعَوْنَهُ، وَاصْرِفْ عَنَّا ضُرَّهُ وَشَرَّهُ وَبَلائَهُ وَفِتْنَتَهُ
Oxunuş qaydası:
Rəbbi və rəbbukəllahu rəbbul aləmin. Əllahummə əhilləhu ələyna bil əmni vəl iman, vəs səlaməti vəl İslam, vəl musarəəti ila ma tuhibbu və tərza. Əllahummə barik ləna fi şəhrina haza, vərzuqna xəyrəhu və əvnəh, vəsrif ənna zurrəhu və şərrəh, və bəlaəhu və fitnətəh.
Tərcüməsi:
Mənim və sənin Rəbbin aləmlərin Rəbbi olan Allahdır. İlahi, bu ayı bizə əmin-amanlıq, iman, sağlamlıq, təslim və Sənin sevdiyin və razı qaldıqlarına doğru şövqlə yenilə! İlahi, bu ayda bizə bərəkət ver, onun xeyir və yardımını bizə nəsib et, zərər, şər, bəla və fitnəsini bizdən uzaqlaşdır!
Gecənin duaları barədə daha çox məlumat əldə etmək üçün linkə keçid etmək olar.