Ayətullah Şeyx Məhəmməd Həsən Qarabaği əsrinin tədqiqatçılarından, yüksək məqamlı fəqihlərindən biri kimi müxtəlif elmlərdə və fənlərdə biliyi olub, dövrünün tanınmış alimlərindən sayılıb.
O, ilk təhsilini Qarabağda aldıqdan sonra, İraqın Nəcəf şəhərinə köçüb, oranın məşhur alimlərinindən İslam elmlərini oyrənib və nəticədə ictihad məqamına yüksəlib.
Şeyx Məhəmməd Həsən Mövla Nəcəf Əli Məhəmməd Rza oğlu Təbrizinin dostlarından və yaxın adamlarından biri olub. Mirzə Məhəmməd Həsən Təbrizi Ayətullah Qarabaği haqqında deyib: “O alim, kamil, xeyriyyəçi, mühəqqiq, əllamə və fəqihlərdən biri olub”.
Alimin vəfat tarixi haqqında dəqiq məlumat yoxdur.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.