Darul Hikmət Elm və Tədris Mərkəzi ramazan ayının 15-nə (16 aprel) elmi müsabiqə elan edir. Qaliblərə pul mükafatları təqdim olunacaq. Bu barədə tədris mərkəzinin hesabında məlumat verilib.
Müsabiqə İmam Həsənin (ə.s) həyatı və İmamət mövzusu ilə bağlı suallardan ibarət olacaq. İştirakçılar 16 aprel saat 20:00-da “darulhikmet_az” telegram kanalında paylaşılacaq link vasitəsilə müsabiqəyə qoşula biləcəklər. Link vasitəsilə daxil olarkən açılan səhifədə ad, soyad, əlaqə nömrəsi və şəhər qeyd olunmalıdır. Bu zaman növbəti səhifəyə keçid edərək açılan yeni bölümdə suallar əks olunacaq.
Müsabiqə 30 sualdan ibarətdir və hər bir suala 1 dəqiqə vaxt ayrılır. Yanlış cavablar doğru cavablara təsir göstərmir. Əsas şərtlərdən biri də paylaşılan linkə vaxtında daxil olub 20:30-dək sualları cavablandırmaqdır. Tədris mərkəzi müsabiqə zamanı köməkçi materiallardan istifadənin və sualları qrup şəklində həll etməyin qadağan olduğunu bildirib.
Suallara ən qısa zamanda doğru cavab verən üç şəxs qalib olacaq. Qaliblərə müvafiq olaraq 100, 75 və 50 manat dəyərində pul mükafatı təqdim ediləcək.
Qeyd: müsabiqənin sualları “İslam etiqadı”nın 23-32-ci və “İslam tarixi”nin 34-35-ci dərsləri üzrə hazırlanıb. İstəyənlər bu dərslərə müraciət edə bilərlər.
İslam etiqadı: https://t.me/islam_etiqadi_eqaid
İslam tarixi: https://t.me/dh_islam_tarixi