Məscid Bakının Bülbülə qəsəbəsində yerləşir. İbadət evinin bünövrəsi 1989-1990-cı illərdə qoyulub. İbadətgah, həmçinin “Xomeyni məscidi” kimi tanınır.

Məscidin eyvanı var. İbadət evinin iki tərəfində hündürlüyü 2 metr olan qübbələr tikilib. İbadətgahın tavanı dörd beton sütun üzərində dayanır. Məscidin günbəzi səkkizguşəlidir, metlaxla üzlənib və səkkiz pəncərəyə malikdir. İbadət evinin mehrabının üstündə rənglə “La İlahə İlləllah Məhəmmədən rəsulullah” sözləri yazılıb.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.