Bu ilin ramazan ayı boyunca ilahiyyatçı Hacı Şahin Həsənli “Ramazan sevinci” adlı proqramla Xəzər TV-nin efirində çıxış edəcək. Bu barədə din xadimi öz hesabında məlumat verib.

Proqram aprelin 2-dən etibarən hər gün həftəiçi saat 11:25-də, şənbə və bazar isə saat 15:15-də yayımlanacaq. Məlumata görə, ilahiyyatçı mübarək aya aid müxtəlif mövzulara toxunacaq.

Eyni zamanda, ramazan boyunca Türkiyənin “TRT1” kanalında da “Ramazan sevinci” adlı veriliş yayımlanacaq. Proqram efirdə gündə bir dəfə saat 19:00-da yayımlanacaq.

Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən, Azərbaycanda ramazan ayı aprelin 2-də daxil olacaq.