İstanbulun Ayasofya məscidində 8 onillikdən sonra yenidən Ramazan namazları qılınacaq. Bu barədə martın 31-də İQNA xəbər verib. Məlumatda bildirilib ki, ilk namaz aprelin birinci cümə günü qılınacaq. Məsciddə Ramazan bayramı münasibətilə silsilə tədbirlər də keçiriləcək. Müqəddəs ay boyunca günorta namazından əvvəl xütbələr də oxunacaq. Ayasofya eramızdan əvvəl 532-ci ildə tikilmişdir və pravoslav kilsəsi olaraq fəaliyyət göstərib. 1453-cü ildə İstanbulun Osmanlılar tərəfindən fəth edildiyindən sonra kilsə məscidə çevrilmişdir. 1934-cü ildə isə Ayasofya muzeyə çevrilib. Lakin 2020-ci ilin 10 iyul tarixində həmin qərar ləğv olunub və məscidin fəaliyyəti bərpa edilib. 24 iyulda isə böyük fasilədən sonra orada cümə namazı qılınıb.