Aprel ayının 2-3-də müqəddəs Ramazan ayı daxil olur. Ramazan Allahın ayı hesab edilir. Bu ay insanlar oruc tutar, Allaha çoxlu ibadət edərlər.

Bu ayın özünəməxsus əməlləri və duaları vardır. Belə ki, Ramazanda üç dəfə “Cövşən-Kəbir”, hər səhərlər “Əbu Həmzə Sumali”, hər axşam isə “İftitah” duasını oxumaq tövsiyə olunur. Bundan əlavə, hər gecə iki rükətli namaz qılmaq da bu ayın əməllərindəndir. Həmin namazın hər rükətində Fatihədən sonra üç dəfə İxlas surəsi oxunur.

Ramazanda, həmçinin Qədr gecələri və vacib namazlardan sonra aşağıda qeyd edilən duanı oxumaq bəyənilən əməl sayılır. Dua belədir:

“Bismillahir-Rəhmanir-Rəhim. Ya Əliyyu ya Əzim, Ya Ğafuru ya Rəhim, Əntər-Rəbbul Əzim. Əlləzi ləysə kəmislihi şəy və huvəs-səmiul-bəsir. Və həzə şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur. Və huvə şəhrul-ləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru Ramazan, əlləzi ənzəltə fihil-Qur’an, hudən lin-nasi və bəyyinatin minəl huda vəl furqan, və cəəltə fihi ləylətul-qədr və cəəltəhə xayran min əlfi şəhr, fəyazəl-mənni və la yumənnu ələyk, munnə əleyyə bi fəkaki rəqəbəti minən-nar, fimən təmunnu əleyh və ədxilnil-cənnətə bi-Rəhmətikə ya Ərhəmər-Rahimin!

Allahummə ədxil əla əhlil-quburus-surur, Allahummə əgni kullə fəqir. Allahummə əşbi’ kullə cai’ Allahum-məksu kullə uryan, Allahumməqzi dəynə kullə mədin. Allahummə fərric ən kulli məkrub. Allahummə ruddə kullə gərib. Allahummə fukkə kullə əsir. Allahummə əslih kullə fasidin min umurilmuslimin. Allahum-məşfi kullə məriz. Allahummə suddə fəqrəna biğinak. Allahummə ğəyyir su’ə halina bihusni halik. Allahumməğzi ənnəddəyn, və əğnina minəl-fəqr, innəkə əla kulli şəy’in qədir”.

Bu müqəddəs ayda müxtəlif zikrlərlə Allahı yad etmək, salavat demək, tövbə və çoxlu dualar etmək yaxşıdır. Həmçinin Ramazan günlərində Quran oxumaq və ilahi ayələrin təfsiri üzərində təfəkkür etmək də günahlardan bağışlanmaq üçün mühüm əhəmiyyət daşıyır.

Oruc günlərində ikiqat savab qazanmaq istəyənlər üçün iftar süfrələri vermək tövsiyə olunur. Belə ki, İmam Sadiq (ə.s) buyurub: “Oruc tutana iftar verənin savabı, oruc tutanın savabı qədərdir”.