Qafqaz Müsəlmanları İdarəsi 2022-ci ilin Ramazan ayının təqvimini açıqlayıb.
Belə ki, Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən, ramazan ayının ilk günü 2 aprel tarixinə təsadüf edəcək. Fitr bayramı isə ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 2-də qeyd olunacaq.
Bu ilin Ramazan ayının qədr gecələri aprelin 19, 21 və 23-nə təsadüf edəcək.
Hicri-qəməri təqvimində ayın sabit olması məsələsində alimlər arasında ixtilaf var. Belə ki, bir sıra alim, o cümlədən Seyyid Sistani ayın adi gözlə görünməsini növbəti təqvim ayının başlanmasına sübut hesab edir. Yəni rəsədxanada teleskop və xüsusi cihazlar vasitəsilə ayı müşahidə etmək yetərli sayılmır. Lakin Ayətullah Xamenei müqəllidləri bunu əsas götürüb, aprelin 2-dən oruc tuta bilərlər.