Bu gün, martın 29-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası bu il üçün fitrə zəkatının məbləğini açıqlayıb. Bu barədə Report xəbər verib.

Qazılar Şurası bu il adambaşına 10-15 manat civarında fitrə zəkatı verilməsini tövsiyə edir. Bu məbləğ ehtiyaclılara və ya məscidlərə verilə bilər.

Fitrə zəkatı vermək Fitr bayramında (1 şəvval) hər bir mükəlləf müsəlmana vacibdir. İnsan fitrəni özünün və onun çörək yeyəni sayılan şəxslərin yerinə ödəməlidir. Bir nəfərin zəkat pulu təqribən 3 kiloqram qida və ya onun qiyməti qədərində pul ilə ölçülür.