Martın 28-də İranın Rey şəhərində Əbdüləzim hərəmində Ayətullah Reyşəhrinin anım mərasimi keçirilib. Bu barədə mehrnews xəbər verib.

Yas mərasimində bir sıra din xadimləri, o cümlədən Ayətullah Xameneinin Xorasan üzrə nümayəndəsi və Məşhədin cümə namazı rəhbəri iştirak ediblər. Mərasimdə Ayətullah Reyşəhrinin həyat və fəaliyyəti haqda söhbətlər aparılıb, alimin uca məqamı müzakirə edilib.

75 yaşlı Ayətullah Reyşəhri mart ayının 21-də xəstəxanada vəfat edib.