Martın 28-i günorta saatlarında Ayətullah Qulamrza Kardan 81 yaşında vəfat edib. Bu barədə HawzahNews xəbər verib.

Ayətullah Qulamrza Kardan Qum seminariyasının professor və alimlərindən idi. O, ilahiyyat və imamət sahəsində seminariyaya rəhbərlik etməklə yanaşı, uzun illər İslam mədəniyyəti və ideologiyasının izahı, Peyğəmbərin (s) həyat və irsinin təbliği yolunda çalışmışdır.

Ayətullah Kardan bu gün, martın 29-da Qumda, Xanım Məsumənin (s.ə) hərəmində dəfn olunacaq.

Bundan öncə, martın 22-də Ayətullah Reyşəhri və Ayətullah Seyyid Məhəmməd Fəqihin vəfatı xəbəri gəlib.