Мirzə Əsədullah Badkubeyi XVIII əsrin sonlarında Bakıda anadan olub.
O, əvvəlcə Nəcəfi-Əşrəfə gəlir və məşhur arif Nurəlişah İsfahaninin şagirdlərinə qoşulur. Мirzə Əsədullah burada ali dərəcədə mənəviyyata sahib olur.
Мirzə Zeynəlabidin Şirvani onun tərcümeyi-halında belə yazıb: “Мirzə Әsədullah Bakı diyarının böyük ariflərindən biridir. Onun valideynləri şan-şöhrət axtaran və mənsəbpərəst idilər. Amma özü fani dünyanı tərk edərək tələbə həyatına qədəm qoyur və Nəcəfi-Əşrəfdə Nurəlişah İsfahaninin məclislərində iştirak edir. Bir neçə müddət müqəddəs məkanlarda qalır və öz məqsədinə nail olduqdan sonra vətəninə qayıdır. Аmma bir müddətdən sonra Rusiyanın Bakıda etdiyi zülm və işgəncədən xilas olmaq üçün Təbrizdə sakin olmağı özünə münasib bilir”.
Мirzə Əsədullah Badkubeyi Təbriz şəhərində vəfat edib.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.