Əfqanıstan Şiə Alimlər Şurası ölkə rəhbərliyinə qızlar məktəbinin açılması barədə çağırış edib. Bu haqda shia-news xəbər verib.

Şura öz bəyanatında İslam dininin elm və təhsilə önəm verdiyini bildirib. Qeyd olunub ki, tarix boyu müsəlmanlar dini və dünyəvi elmlərə rəhbərlik ediblər. Buna səbəb isə məhz güclü təhsil və ona olan şövqdür.

Belə ki, Əfqanıstan rəhbərliyi 7-12-ci siniflərdə qızların təhsil almasını qadağan edib. “Şübhəsiz ki, belə vəziyyətin davam etməsi Əfqanıstan xalqına böyük milli və beynəlxalq itkilər verəcək, – deyə bəyanatda qeyd olunub.

Yeni qərar bu ilin mart ayından qəbul edilib. Buna səbəb olaraq isə məktəbli formalarının şəriət qaydalarına uyğun tərtib edilməməsidir. Ölkə rəhbərliyi bildirib ki, qızlar üçün məktəbli formaları şəriətə uyğun hazırlansa, sözügedən qərar ləğv oluna bilər.