28 mart tarixində dini konfessiya rəhbərləri 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı müraciət yayıb.

Azərbaycan Respublikasının vətəndaşlarının və dünyada yaşayan milyonlarla azərbaycanlıların, tarixdə baş vermiş faciələrə biganə qalmayan insanların iradəsini ifadə edərək, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində müraciətimizi dünya ictimaiyyətinin, dini liderlərin, parlamentlər və beynəlxalq təşkilatların diqqətinə çatdırmağı özümüzə borc bilirik.

Biz, Azərbaycanda yaşayan din xadimləri bir daha dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edir, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırım cinayətlərinə siyasi-hüquqi qiymət verməyə çağırırıq. Həqiqət gec-tez qalib gələcəkdir, ədalət öz yerini tutacaqdır, inşəallah! Qoy Uca Yaradan hamımıza doğrunu yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!

Dini konfessiya rəhbərləri müqəddəs kitablarda bəşəriyyəti məhv etməyin ağır cinayət olduğunu qeyd ediblər. “Təkcə Mart soyqırımı – 1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində – Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, Dərbənd və digər ərazilərdə daşnak erməni və erməni əsilli bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilmiş, itkin düşmüşdür”, – deyə müraciətdə bildirilir.