ABŞ Federal Təhqiqat Bürosunun (FTB) bu yaxınlarda açıqlanan məhkəmə sənədlərinə əsasən, amerikalı yeniyetmələr Çikaqoda şiə məscidinə hücum planlaşdırdılar. Bu barədə Shia News xəbər verib.

Belə ki, 15-17 yaşlı yeniyetmələr hücumun detallarını sosial şəbəkə vasitəsilə müzakirə edirdilər.

Hücumun qarşısı FTB agentləri tərəfindən alınıb. Məlumata görə, gənclərin evindən bir neçə odlu silah, tüfəng, qılınc, bıçaq, yay və ox ələ keçirilib. Evdə, həmçinin İŞİD bayrağı və partlayıcı qurğu da aşkar olunub.