Ayətullah Sistani 2022-ci ilin Ramazan ayının təqvimini elan edib. Təqvimdə Ramazanın ilk günü 3 aprel tarixinə təsadüf edir. Bu barədə fəqihin rəsmi saytında məlumat verilib. Məlumata görə, orada bir sıra İraq şəhərləri üçün təqvim və namaz vaxtları dərc olunub.