Həkim Mirzə Nəsir Qarabaği 1869-cu ildə Qarabağda anadan olub. O, əslən ərdəbilli idi.

Mirzə Nəsir ilk təhsilini Qarabağda aldıqdan sonra 1889-cu ildə Nəcəfi-Əşrəf şəhərinə mühacirət edir. Orada Qarabaği tanınmış alimlərdən fiqh, üsul və fəlsəfə elmlərindən dərs alır.

1910-cu ildə öz vətəninə qayıtmaq üçün Təbriz şəhərinə gəlir. Təbrizin alim və tələbələri ondan xahiş edirlər ki, Qarabaği bir müddət burada qalsın. Mirzə Nəsir bir il müddətində bu şəhərdə qalır və fiqh, fəlsəfə elmlərini tədris edir. Səfut Təbrizinin söylədiyinə görə, Мirzə Nəsir Qarabaği həftədə bir dəfə öz mənzilində ədəbi məclis təşkil edər, yazdığı şeirlərini oxuyardı.

Alimin əsərləri “Təbriz inqilabı” zamanında itirilmişdir. Мirzə Nəsir Təbrizdən sonra Qarabağa yola düşür. Аlimin vəfat tarixi barədə heç bir məlumat yoxdur.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.