Müxtəlif ölkələrin yerləşməsindən asılı olaraq ramazan ayında oruc vaxtı fərqli olur.

İQNA-nın verdiyi məluma görə, bu ilin ən uzun oruc günü İslandiyanın Reykyavik şəhərində olacaq – 16 saat 50 dəqiqə. Ən qısa oruc günü isə cənub yarımkürəsindəki ölkələrdə olacaq, məsələn, Yeni Zelandiya, Argentina və Cənubi Afrikadakı müsəlmanlar orta hesabla 11-12 saat oruc tutacaqlar.

Polşa, Britaniya, Fransada 15 saat 16 dəqiqə, Portuqaliyada isə oruc 16 saat davam edəcək. Türkiyə, Rusiya və Azərbaycanda oruc vaxtı təxminən 16 saat təşkil edəcək.

2014-cü ildə Reykyavik şəhərində imsak və iftar arasında 21 saat 51 dəqiqəlik fərq qeydə alınıb.