Məscid Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 37-də (“Kubinka” ərazisində) yerləşir. İbadətgah Məşədi Dadaş tərəfindən XVIII əsrdə inşa olunub.

Bu məscid təkiyyə olaraq tikilib, yəni İmam Hüseyn (ə.s) üçün əzadarlıq məclisləri təşkil olunan yer olub. Sonradan bura məscid kimi fəaliyyətə başlayıb.

Məscid sovet dövründə anbar, kitabxana və klub kimi istifadə olunub. 1990-cı ildən yenidən ibadətgah kimi fəaliyyətini bərpa edib. 2001-ci ildə məscid təmir olunub.

2014-cü ildə məscidin nəzdində “Darul-hikmət” Elm və Tədris Mərkəzi fəaliyyətə başlayıb. Həmçinin mərkəz nəzdində tələbələrin ixtiyarına verilmiş zəngin kitabxana da vardır.

Hazırda məscidin ön hissəsində bu məsciddə ibadət edən İkinci Qarabağ müharibəsi şəhidlərin adları olan lövhə və xatirə tablosu qoyulub. İbadətgahın içəsində də şəhidlərin şəkilləri olan tablo var.

Mənbələr:

  1. https://hacishahin.az
  2. https://web.archive.org
  3. https://www.youtube.com