Ramazan ayının gəlişi ilə əlaqədar Məscidül-Hərəmdə və Məscidün-Nəbidə dezinfeksiya işləri aparılacaq. Bu barədə martın 26-sı Mehr News xəbər verib.

Dezinfeksiya 24 min kişi və qadın tərəfindən həyata keçiriləcək. Gündə 130 min litr su istifadə olunacaq. 20 dezinfeksiyaedici-çiləyici və 500 paltaryuyan maşın işləniləcək.

Şamaxı Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinə verdiyi məlumata görə, ramazan ayı aprelin 2-si daxil olacaq.