İmam Zeynəlabidin (ə.s) oğlu İmam Baqirə (ə.s) beş tayfa ilə dostluq və yoldaşlıq etməməyi tövsiyə etmişdir. Onlardan biri günahkarlardır: “Günahkarla dostluq etmə! O, səni bir tikə çörəyə, hətta ondan da ucuz qiymətə satar”.
İmam Əli (ə.s) buyurub: “Şər adam və günahkarla dostluq etmə! Çünki sənin təbiətin pisliyi onlardan oğurlayır, halbuki özün bunu hiss etmirsən”.
Həkimlər keçici xəstəliyə tutulanlarla oturub-durmağı insana qadağan etdiyi kimi, din rəhbərləri də günahkarlarla əlaqəni kəsməyi tövsiyə etmişlər. Günahkarla yoldaşlıq etmək insana ixtiyarsız xəstəliyə düçar edir. İmam Cavad (ə.s) buyurub: “Şər adamdan uzaq ol! Çünki o, qılınc kimi zahiri gözəl, özü isə itidir”.
Mənbə: Günahın acısı