Ayətullah Seyyid Mürtəza Naxçıvani Nəcəfi 1914-cü ildə Naxçıvan şəhərində anadan olub. O, İslam aləmində böyük alim və fəqih Ayətullah əl-üzma Mirzə Əli İrəvaninin kürəkəni idi.
Seyyid Mürtəza mənəvi mühitdən bəhrələnən Naxçıvani ibtidai təhsilini Naxçıvanda alıb. Daha sonra Naxçıvani orta və ali səviyyədə islam elmlərinə yiyələnmək üçün Nəcəfə səfər edib. O, cavanlığının ilk çağlarında Nəcəfdəki məşhur müctəhidlərin elmindən bəhrələnib. Əvvəlcə Ayətullah Seyyid Əbdül-Həqq İsfahanın idarəsində işləyərək, camaatın şəri suallarına cavab verməklə, dini xidmət göstərib.
Ayətullah Seyyid Əbdül-Həqq İsfahani dünyasını dəyişəndən sonra Naxçıvani Ayətullah Seyyid Əbdül Hadi Şirazinin dərslərində iştirak edib.
İctihad məqamına çatdıqdan sonra məşhur müctəhid Ayətullah əl-üzma, “rəusul-millət və din” ləqəbli Seyyid Abülqasim Xoyi ilə birlikdə aydınlaşdırır və xalqın dini suallarına cavab verirdilər.
Seyyid Mürtəza Ruhullah Xomeyninin 1964-cü ildə İraqda sürgündə onun xidmətində olub, burada ona dəstək veribdir.
Ayətullah Naxçıvaninin oğlu deyirdi ki, atamdan “Nə üçün Xomeyni ağaya bu qədər xidmət edirsən?”, deyə soruşduqda, mənə belə cavab verdi: “Oğul, mən Xomeyni ağaya ona görə çox xidmət edirəm ki, bu ölkədə qəriblik və kimsəsizlik hiss etməsin”.
Oğlu yenə deyir: “Atam Qum şəhərinə etdiyi səfərlərinin birinə İmam Xomeyindən Ayətullah Saneiyə məktub gəlmişdi. Məktubda yazılmışdı: “Ağayı Naxçıvani bizə çox hörmət və məhəbbət göstərib, siz də ona məhəbbət edin””.
Ayətullah Seyyid Mürtəza Naxçıvani Nəcəfi 1991-ci ildə dünyasını dəyişir. O, Nəcəfi-Əşrəfdə Kumeylin hərəminin həyətlərinin birində dəfn olunur.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.
- https://news.milli.az