Səudiyyə Ərəbistanı Məscidül-Hərəm və Məscidün-Nəbidə qılınan namazların ramazan ayı boyunca canlı yayımlanmasına olan qadağanı aradan qaldırdı. Bu barədə martın 25-i İQNA xəbər verib.

Qadağa tənqidlərlə qarşılaşıb və bu səbəbdən ölkənin İslam İşləri, Təbliğat və İrşad Nazirliyi bu qərarı ləğv edildiyini açıqlayıb.

Sözügedən qərar Krallıqda çərşənbə günü elan edilmişdir. Qərara əsasən, ramazan ayı boyunca Səudiyyə Ərəbistanında məscidlərdə qılınan namazların və digər dini ayinlərin canlı yayımda çəkilişinə qadağa qoyulmuşdur. Əlavə olaraq, Nazirlik ziyarətçilərin ibadət etmələrinə maneə törəddiyi üçün məscidlərə uşaqların gətirilməsinə də qarşıdır. Nazirliyin göstərişi ilə məscid imamları oruc tutanlar üçün iftara vəsait toplamaqdan çəkinməlidirlər.