Ramazan ayı ərəfəsində, 26-27 mart tarixlərində Londonda ən böyük müsəlman yarmarkası təşkil olunacaq. Bu barədə martın 24-ü İslamNews xəbər verib.

Yarmarkada 250-dən çox köşkün olacağı, qida və halal məhsullar, qadınlar üçün geyimlər və müsəlmanlar üçün digər malların təqdim olunacağı bildirilir. Əlavə olaraq, orada pişik sərgisi, uşaqlar üçün oyun meydançası fəaliyyət göstərəcək.

İlk iki gündə 20 minə yaxın qonağın gəlməsi gözlənilir.

Yarmarka artıq 6 ildir ki, təşkil olunur və ildən-ilə daha çox müsəlman burada iştirak edir. Belə ki, ilk yarmarkada cəmi 5 min iştirakçı olub.

Böyük Britaniyada müsəlmanlar əhalinin 12%-dən çoxunu təşkil edir.