İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üçün İslam İnkişaf Bankına (İİB) müraciət edib. Bu barədə martın 23-də Report xəbər verib.
Məlumata görə, İİB-yə Qarabağda məcburi köçkünlərin geri dönüşü, ərazilərin yenidən qurulması və abidələrin bərpası üçün Azərbaycan xalqına yardım etməyə çağırış edilib.
Azərbaycan İİB-yə 4 iyul 1992-ci ildə qoşulub. Onun 31 dekabr 2017-ci il tarixinə olan nizamnamə kapitalındakı payı 50,9 milyon ABŞ dolları təşkil edir. İndiyədək İİB-nin dəstəyi ilə Azərbaycanda 73 lahiyə həyata keçirilib, onlardan 66-sı tamamlanıb, 7-si isə aktiv statusa malikdir. Bu günədək təşkil edən umumi maliyyələşdirmə 1,2 milyard dollardır.
Belə ki, işğal dövrü Qarabağda tək İslam dininə aid 63 abidə tamamilə dağıdılıb. Hazırda Ağdam və Şuşa məscidlərində bərpa işləri aparılır. Bundan əlavə, Şuşada, Hadrutda (Xocavənd) və Suqovuşanda (Tərtər) yeni məscid inşa edilir.