Hindistanda müsəlmanlar və Dehli məscidinin imamları polisin qəfildən namazın qılınmasına maneə olduğunu bildiriblər. Polislər ibadət edənlərə izah və hətta məhkəmə qərarı verməkdən imtina ediblər. Bu barədə martın 24-də İQNA xəbər verib.

Dehli Azlıqlar Komissiyasının keçmiş sədri Zəfərül-İslam, öz hesabında yazıb: “Polis Dehlinin Pançşil rayonundakı 16 məsciddə cümə namazını qadağan edib”. İmamın sözlərinə görə, əlli ildə ilk dəfədir ki, burada namazlar təxirə salınır.