Azərbaycanın Qarabağda dağıdılan məscidlərə görə ermənilərdən təzminat tələb etmək hüququ var. APA-nın verdiyi xəbərə görə, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) təsdiq edib.

Xocalı ilə bağlı 4 qətnamədən biri – “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi”dir. Bu İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasında bildirilib.

Verilən xəbərə görə, işğal dövrü ərzində Azərbaycanın İslam tarixi abidələrinin, ziyarətgahlarının və məscidlərinin ermənilər tərəfindən dağıdılması şiddətlə qınanılıb. Təsdiq edilmiş qətnaməyə əsasən, Azərbaycan tərəfi dəymiş zərərə görə Ermənistandan təzminat ala bilər.

İşğal dövrü ərzində Qarabağda rəsmi fəaliyyət göstərən 67 məscidin 63-ü tamamilə dağıdılıb. Qalan 4 məscid isə qismən dağıdılaraq yararsız vəziyyətə salınıb.