Məscid Abşeron rayonunun Saray qəsəbəsində yerləşir. İbadət evi 1993-cü ildə Nadir Xavəroğlu və Matəm Nadiroğlu adlı şəxslər tərəfindən inşa edilib. Məscidin bənnaları Arif və Raqib adlı şəxslər olub. Bu barədə ibadət evinin divarındakı kirabədə qeyd olunub.
İbadətgah düzbucaqlı formadadır və mişar daşından inşa olunub. İbadət evinin döşəməsi metlaxdan, tavanı isə taxtadandır. Tavan səkkiz sütun üzərində dayanır. Məscidin qadınlar şöbəsi ikinci mərtəbədə yerləşir. Şöbəyə məscidin arxa tərəfindən giriş qapısı qoyulub. Günbəz dəmir təbəqə ilə örtülüb və onun üzərində səkkiz pəncərə qoyulub.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.