Məkkə və Mədinədə etikaf ayininin keçirilməsinə icazə verilib. Məlumata görə, koronavirus pandemiyasına görə dayandırılan etikaf ayini iki illik fasilədən sonra yenidən keçiriləcək. Bu barədə martın 23-də SalamNews xəbər verib.

İki Hərəmi-Şərifin İdarəsindən verilən məlumata görə, Ramazan ayının son on günündə Məscidul-Haram və Məscidun-Nəbidə etikaf ayini kütləvi şəkildə keçiriləcək.

“Etikaf” sözünün lüğəti mənası bir yerdə qalmağa, durmağa deyilir. İslam fiqhində işlənmə yeri və mənası isə bir şəxsin 3 gündən az olmamaq şərti ilə, xüsusi göstəriş üzrə məsciddə qalıb ibadətlə məşğul olmaq mənasındadır. İnsan üçün ilin bütün günləri azı 3 gün olmaqla etikaf etmək müstəhəbdir. Xüsusilə Ramazanın axır 10 günü, Rəcəbin 13,14 və 15ci günləri etikfda olmaq daha çox tövsiyə olunub.