Məşhəddə İmam Rza (ə.s) hərəminə hərəkət edən avtobuslar ödənişsiz fəaliyyət göstərib. Buna səbəb isə martın 20-də hərəm ətrafında yolların bağlı olmasıdır. Bu barədə zyarətgahın mətbuat xidməti məlumat verib.

İranda Novruzun gəlişi ilə əlaqədar ölkədə bayram tədbirləri keçirilir. Bu üzdən Məşhəd şəhərində bir sıra yollar bağlanıb. Lakin hərəm istiqamətində hərəkət edən marşrutlar sərnişinlərə pulsuz xidmət göstərib. Bundan əlavə, yaşlı və əlil insanların hərəkəti üçün arabalar təşkil olunub.