Hindistanın 22 yaşlı Buşra Mateen adlı tələbəsi hicabın təhsilə maneə olmadığını bildirib. Belə ki, tələbə özü də hicab geyinir və öz fakültəsində ən yüksək nəticə sahibidir.

İslamnews-un verdiyi xəbərə görə, Buşra Karnatakanın mühəndislik institutunda təhsil alır. O, orta məktəbi əla qiymətlərlə bitirərək universitetə daxil olub. Ali təhsil müəssisəsində tələbə elmi nailiyyətlərinə görə 16 qızıl medal qazanıb.

“Hicab mənim seçimim və konstitusion hüququmdur. O, heç vaxt məqsədlərimə çatmaqda mənə maneə olmayıb”, – deyə Buşra qeyd edib.

Son bir ayda Hindistanın Karnataka əyalətində hicaba qarşı qadağalar tətbiq edilir. Belə ki, şagird və tələbələrə dərslərdə hicabla iştirak etməyə icazə verilmir. Əyalətin müsəlman kütləsi küçələrə axışaraq öz etirazlarını bildirsələr belə, qərar hələ də qüvvədə qalmaqdadır.