Martın 22-də tanınmış İslam alimi Ayətullah Seyyid Məhəmməd Fəqihin vəfatı xəbəri gəlib. Bu barədə yjc.news xəbər verib.

Məlumata görə, son iki həftədir ki, alim xəstəxananın reanimasiya şöbəsində müalicə alırdı. Lakin dünən gecə 79 yaşlı din xadimi dünyasını dəyişib.

Ayətullah Fəqih Seyyid Əli Xameneinin İranın Neyriz şəhəri üzrə nümayəndəsi və şəhərin imam cüməsi vəzivəsində çalışıb. Bundan əlavə o, Xobreqan Ekspertlər Məclisinin üzvü olub.