İngiltərənin “Arsenal” futbol klubunun oyunçusu Tomas Partey müsəlman olub. Bu barədə martın 22-də İQNA xəbər verib.

Londonun İslam alimlərindən biri Şeyx Məhəmməd Əl-Əzhəri bildirib ki, idmançı şəhər məscidinə gəlib. O, müsəlman olmağı qərara alıb və kəlimeyi-şəhadəti səsləndirib.

Tomas Partey 2020-ci ildə “Arsenal” klubu tərəfindən 58 milyon dollara alınıb. Budan öncə, idmançı İspaniyanın “Atletico Madrid” klubunda çıxış edib.