İmam Hüseynin (ə.s) hərəmi Əhli Beyt (ə.s) məktəbini Afrikada təbliğ etmək üçün səylər göstərir. Hazırda qitənin bir sıra ölkəsində ziyarətgahın nəzdində olan dini qurumlar fəaliyyət göstərir. Bu barədə martın 23-də hərəmin mətbuat xidməti məlumat verib.

Ziyarətgahın artıq Burkina Faso, Uqanda, Mali, Fil Dişi Sahili və Liberiyada nümayəndəliyi va. Qeyd olunub ki, orada hər il mövlud və digər dini tədbirlər təşkil olunur. Verilən məlumata əsasən, hərəm rəhbərliyi gələcəkdə Afrikada öz fəaliyyət sahəsini genişləndirməyi düşünür.