Martın 20-də Azərbaycanda, Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni məscidin təməli qoyulub. Bu barədə president.az xəbər verib.

Məlumata görə, yeni ibadət evi kompleks şəklində inşa olunacaq. Buranın ərazisi 0,6 hektar təşkil edəcək. Məscid uzunluğu 16,8 metr, eni isə 11,2 metr olan ikimərtəbəli binadan ibarət olacaq. Bundan əlavə, kompleksə köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir.

Suqovuşan rayonu İkinci Qarabağ müharibəsi zamanı, 3 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir.

İşğal dövrü ərzində Qarabağda rəsmi fəaliyyət göstərən 67 məscidin 63-ü tamamilə dağıdılıb. Qalan 4 məscid isə qismən dağıdılaraq yararsız vəziyyətə salınıb.

Hazırda Şuşa, Zəngilan və Ağdam məscidlərində təmir bərpa işləri aparılır. Bundan əlavə, Şuşada, Hadrutda (Xocavənd) və Suqovuşanda (Tərtər) yeni məscidlərin təməli qoyulub.