Ağdama yola düşən müntəzəm avtobus marşrutlarının 71-ci reysi zamanı sərnişinlərdən biri qar yağmasına baxmayaraq Ağdam Cümə məscidi önündə namaz qılmaq qərarına gəlib. Bu barədə Report xəbər verib.

Məlumata görə, həmin şəxs “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Səttar Əliyevin qardaşı Şakir Əliyevdir. O, şaxtalı hava və yerin qarla örtülməsinə əhəmiyyət verməyərək öz ibadətini çöldə yerinə yetirməyi qərara alıb.