Azərbaycanda qəbiristanlıqda molla Quran oxuyan zaman dünyasını dəyişib. Bu barədə martın 22-də Report xəbər verib.

Hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Bildirilib ki, 55 yaşlı İslam Abdullazadə məzar önündə Quran oxuyarkən ürək çatışmazlığından vəfat edib.

Əslən Yardımlı rayonundan olan İslam Abdullazadənin qəsəbə mollası vəzifəsində çalışdığı bildirilib. Məlumata görə, o, bu gün Saray qəbiristanlığında dəfn olunub.