Avstraliyada ilk dəfə olaraq Macquarie Universitetinin muzeyində XIV-XV əsrlərə aid edilən və qızılla bəzədilən “Qurani-Kərim” ictimaiyyətə nümayiş etdirilib. Bu barədə Shiawaves xəbər verib.

Muzey direktoru, professor Martin Pumas deyib: “Səlib yürüşləri dövründən sonra yeni siyasi ideyalar meydana çıxdı və insanlar ticarətlə bağlandı; Ərəb ədəbiyyatı Qərbə təsir edirdi və Qərb memarlığı yavaş-yavaş Şərq vasitəsilə təqdim olunurdu”.

Muzeydə minlərlə il əvvələ aid bir sıra kolleksiyalar, o cümlədən qədim Misir sivilizasiyalarına və tarixinə aid çoxlu eksponatlar təqdim edilir.

Daha öncə Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində keçirilən kitab sərgisinin 40-cı sessiyasında bütövlükdə 24 karat qızıldan düzəldilmiş Quran nümayiş etdirilib. Quran XII əsrə aid edilir və 500.000 avro dəyərindədir.