Məşhəddə, İmam Rzanın (ə.s) hərəmində 33 yaşlı hollandiyalı xristian qadın İslamı qəbul edib. Bu barədə martın 18-də İQNA xəbər verib.

Məlumata görə, hərəmdə Beynəlxalq Zəvvarların İşləri üzrə Müavini tərəfindən mərasim təşkil olunub. Mərasimdə qadın dini ekspertlə məsləhətləşdikdən sonra şəhadət oxuyaraq müsəlman olub.

Qadını təbrik məqsədi ilə ona müxtəlif kitab və hədiyyələr təqdim olunub.