Bu gün, şaban ayının 15-də İmam Hüseynin (ə.s) hərəminə qiyabi ziyarət təşkil olunur. Bu barədə hərəmin mətbuat xidməti məlumat verib.

Bu gün İmam Zamanın (ə.f) mövludu ilə əlaqədar Kərbəla və digər müqəddəs ziyarətgahlara milyonlarla insan axın edir. Karantin və ya digər səbəblərdən ziyarətə üz tuta bilməyənlər üçün hərəmdə qiyabi ziyarət fürsəti yaradılıb.

Bunun üçün ziyarətgahın saytına daxil (imamhussain.org/arabic/34681) olub linkə klik etməklə yeni səhifə açılır. Həmin səhifədə ad və ölkəni yazaraq qeydiyyat etmək lazımdır. Bundan sonra isə hərəm xidmətçiləri qeydiyyat edən şəxslərin adından İmam Hüseyni ziyarət edəcək. Linkə daxil ola bilməyənlər sirat.az saytında sözügedən xəbərə daxil olaraq linkə keçid edə bilər.

Şaban ayının 15-i İmam Zaman ağanın (ə.f) mövlud günüdür. Bu günün bir sıra əməlləri var. Həmin əməllərdən biri də İmam Hüseynin (ə.s) ziyarətidir.