Martın 19-da Azərbaycandan Ümrəyə növbəti zəvvar qrupu yola düşür. Bu barədə Yenisabah.az xəbər verib.

Məlumata görə, artıq Ümrə ziyarəti üçün PCR testi tələb olunmur. Bu, COVID-19-dan sonra Azərbaycandan Səudiyyə Ərəbistanına birinci belə gedişdir. Lakin zəvvarlardan COVID-19 pasportu hələ də tələb olunur.

Qeyd olunub ki, sabahkı gedişdə 32 zəvvar müqəddəs ziyarətə səfər edəcək. Ziyarətçilərin mart ayının 26-da geri dönəcəyi bildirilib.